Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı şifrələr zəif hesab olunur? – ŞİFRƏNİ MÜQAYİSƏ ET

Hansı şifrələr zəif hesab olunur? – ŞİFRƏNİ MÜQAYİSƏ ET

Tarix: 21 Iyul 2020 20:12

Güclü şifrələrin xüsusiyyətləri barədə danışmışdıq. İndi isə zəif şifrələr barədə qeyd edəcəyik. Ümidvarıq ki, son günlər daha vacib hiss etdiyimiz bu məqama diqqətlə yanaşacaqsınız.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, zəif şifrələr aşağıdakı xüsusiyyətlərə malikdir:

- Şifrə 15 xarakterdən az uzunluqda olduqda.

- Şifrə lüğətdə (milli və ya xarici) rast gəlinə bilən sözlərdən ibarət olduqda.

- Şəxsin ailə üzvünün, dostunun, ev heyvanının, iş yoldaşının, film xarakterinin və s. adından ibarət olan şifrələr.

- Kompüter firmalarının adları, terminlər, əmrlər, saytlar, şirkətlər, proqram təminatı adları və s. ibarət olan şifrələr.

- Şəxsin çalışdığı qurumun adından ibarət olan şifrələr.

- Şəxsin fərdi məlumatlarından ibarət şifrələr (ad, soyad, doğum tarixi, ünvan və s.)

- Hərf və ya rəqəmlərdən ibarət şifrə modelləri (məsələn: aaabbb, qwerty, 12345 və s.)

- Yuxarıda göstərilən parametrlərin tərsindən ibarət şifrələr. (məsələn: test> tset )

- Yuxarıda göstərilən parametrlərin əvvəlinə və ya sonuna rəqəm artırmaqla yaradılan şifrələr. (məsələn: test1, 1test və s.)


Etiketlər:  Hansı şifrələr zəif hesab olunur ŞİFRƏNİ MÜQAYİSƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ