Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android 11 ilə 117 yeni smayl gələcək

Android 11 ilə 117 yeni smayl gələcək

Tarix: 23 Iyul 2020 21:52

Google yaxın günlərdə Android 11 əməliyyat sistemi ilə birlikdə 117 yeni smaylı da istifadəçilərə təqdim edəcək.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, smayllar arasında bizon, ürəklər, mamont, qütb ayısı, qurbağa, qucaqlaşan insanlar və s. var. Yeni smayllara baxdıqda heyvanlar aləminə, xüsusilə geniş yer verildiyi görünür.

Məlumata görə, Google bu smaylları hazırlayarkən Monterey Bay Akvariumu və Victoria Bug Zooparkı ilə əməkdaşlıq edib. Smayllar, həmçinin telefonun qaranlıq rejiminə uyğun dizayn edilib.

Yeni smaylların sentyabrda istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.


Etiketlər:  Android ilə yeni smayl gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ