Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb

20 dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb

Tarix: 23 Iyul 2020 22:20

Avstraliyada 20 dəqiqə ərzində cavabı çıxan koronavirus testi hazırlanıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Monash Universitetinin alimləri testin aparılması üçün 25 ml qan nümunəsi lazım olduğunu bildirib.

Məlumata görə, bu testlə analiz götürülən şəxsin koronavirus xəstəsi olub-olmadığı və ya qısa müddət öncə bu xəstəliyi keçirib-keçirmədiyi müəyyənləşəcək.

Test antikorların antigenlərlə bağlanmasına əsaslanır.

Qeyd edilib ki, bundan koronavirusa qarşı vaksinin cavabını müəyyənləşdirməkdə də istifadə ediləcək.


Etiketlər:  dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb


RƏYLƏR