Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 08:42
Bakı. Trend:
İyulun 22-də Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Misirin tanınmış “Dialoq Siyasi Araşdırmalar və Mediya” mərkəzi ilə birgə “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans keçirilib.
Trend-in məlumatına görə, AMEA-nın Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Dr. Gülər Qafqazlı konfransda çıxış edərək, Azərbaycanın İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu, ölkəmizin müsəlman ölkələrinin siyasi dəstəyinə ehtiyac duyduğunu bildirib. Ermənistanın Müsəlman dünyası ilə yaxınlaşma siyasətinin onun məkrli planı olduğunu və Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi, mədəni və dini abidələri dağıdaraq, törətdiyi vandalizmi ört-basdır etmək məqsədi daşıdığını vurulayıb. Eyni zamanda, ərəb-müsəlman dünyasını Ermənistanla münasibətlərində bitərəf mövqedən deyil, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini xatırlamalı olduğunu və ölkəmizin bu məsələdəki narahatlığını və həssaslığını nəzərə almalarını diqqətə çatdırıb.
Video konfransda həmçinin, Misirin ictimai siyasi xadimləri, tədqiqatçıları və jurnalistləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından tədqiqatçı və jurnalistlər, həmçinin Azərbaycanın şərqşünasları və media nümayəndələri iştirak ediblər.
http://www.una-oic.org/page/public/news_details.aspx?id=307432