Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans keçirilib

“Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans keçirilib

Tarix: 24 Iyul 2020 10:18

İyulun 22-də Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Misirin tanınmış "Dialoq Siyasi Araşdırmalar və Mediya" mərkəzi ilə birgə "Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr" mövzusunda videokonfrans keçirilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, AMEA-nın Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Dr. Gülər Qafqazlı konfransda çıxış edərək, Azərbaycanın İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu, ölkəmizin müsəlman ölkələrinin siyasi dəstəyinə ehtiyac duyduğunu bildirib. Ermənistanın Müsəlman dünyası ilə yaxınlaşma siyasətinin onun məkrli planı olduğunu və Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi, mədəni və dini abidələri dağıdaraq, törətdiyi vandalizmi ört-basdır etmək məqsədi daşıdığını vurulayıb. Eyni zamanda, ərəb-müsəlman dünyasını Ermənistanla münasibətlərində bitərəf mövqedən deyil, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini xatırlamalı olduğunu və ölkəmizin bu məsələdəki narahatlığını və həssaslığını nəzərə almalarını diqqətə çatdırıb.

Video konfransda həmçinin, Misirin ictimai siyasi xadimləri, tədqiqatçıları və jurnalistləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından tədqiqatçı və jurnalistlər, həmçinin Azərbaycanın şərqşünasları və media nümayəndələri iştirak ediblər.

http://www.una-oic.org/page/public/news_details.aspx?id=307432


Etiketlər:  Azərbaycan Ermənistanın təcavüzü səbəblər nəticələr mövzusunda videokonfrans keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ