Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha 215 nәfәr koronavirusdan ölüb

İranda daha 215 nәfәr koronavirusdan ölüb

Tarix: 24 Iyul 2020 14:56

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә daha 215 nәfәr koronavirusdan (COVID19) ölüb.

Bunu Trend-ə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, nelәliklә İranda bu virusdan ölәnlәrin sayı 15 289 nәfәrә yüksәlib.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 489 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 286 523 nәfәrә çatıb. Virus daşıyıcılarından 3 653 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 232 873 nәfәrin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, Şәrqi Azәrbaycan, Qәrbi Azәrbaycan, Әlborz, Rәzәvi Xorasanı, Xuzistan, Zәncan, Gülüstan, Mazandaran, Kirman, Lorestan, İlam vә Fars vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,27 milyondan çox diaqnoz testi hәyata keçirilib.


Etiketlər:  İranda daha nәfәr koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ