Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu əlamətlərə DİQQƏT: Sinədə ağrı, quru öskürək və tənginəfəslik...

Bu əlamətlərə DİQQƏT: Sinədə ağrı, quru öskürək və tənginəfəslik...

Tarix: 25 Iyul 2020 22:42

COVID-19 vurusuna yoluxmuş şəxslər yoluxma dərəcələrə əsasən təsnifatlandırılıb. Bunlar COVID-19 infeksiyasına yoluxmuş simtomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələrdir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyində koronavirusla mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupunun üzvü Səbinə Babazadə bildirib ki, simptomsuz xəstələr xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcısıdır. Simptomsuz xəstələrin yalnız COVID-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə, bu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdıqdan sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur.

Hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları ağır simptomlu xəstələrin əlamələtləridir. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.

Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.

S. Babazadə həmçinin qeyd edib ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.


Etiketlər:  əlamətlərə DİQQƏT Sinədə ağrı quru öskürək tənginəfəslik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ