Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 02:42
Türkiyə millisinin sabiq futbolçusu EmrE Belözoğlu karyerasını başa vurub.
Qol.az xəbər verir ki, “Fənərbaxça"nın hücumçusu Türkiyə Superliqasının 34-cü turunda "Rizəspor"la görüşdə son oyununa çıxıb.
Veteran futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunda penaltini dəqiq yerinə yetirərək son oyununu qolla bitirib. Əmrə bu qarşılaşmadan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Qeyd edək ki, Türkiyə millisində 101 oyun keçirilən Emre, "Qalatasaray", "İnter", "Atletiko" və "Başakşəhər"də də çıxış edib.