Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PlayStation5 24 karatlıq qızılla dizayn edildi - Qiyməti əl yandırır

PlayStation5 24 karatlıq qızılla dizayn edildi - Qiyməti əl yandırır

Tarix: 26 Iyul 2020 18:28

PlayStation 5 ilk dəfə nümayiş etdiriləndən satış qiyməti çoxlarını maraqlandırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, qiymət barədə müzakirələr getdiyi vaxtda Truly Exquisite adlı şirkət cihazın qızılla dizayn edilmiş versiyasını satışa çıxarıb.

Daha öncəki məhsullarının istehsalında az miqdarda belə olsa, qızıldan istifadə edən şirkətin təyin etdiyi qiymətə isə bir neçə avtomobil almaq mümkündür.

Cihazın yalnız özünün deyil, digər aksesuarlarının istehsalında da qızıldan istifadə edildiyi bildirilir.

Şirkət İngiltərədə sözügedən PlayStation 5-i 8400 funt sterlinqə satışa çıxarıb.

Yalnız 100 ədəd istehsal olunan cihazın qiymətinə İngiltərə bazarında bir neçə avtomobil almaq mümkündür.

Milli.Az


Etiketlər:  PlayStation5 24 karatlıq qızılla dizayn edildi Qiyməti əl yandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ