Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın mövqeləri get-gedə zəifləyir, biz haqq işimizdə artıq dönüşü yaratdıq''

''Ermənistanın mövqeləri get-gedə zəifləyir, biz haqq işimizdə artıq dönüşü yaratdıq''

Tarix: 26 Iyul 2020 20:24

"Los Anceledə və Brüsseldə baş verən hadisələr bu sadəcə erməni diplomatiyasının simasını əks etdirən bir məsələlərdir. Çünki ermənilər heç vaxt kişiyana, centlmensayağı hərəkət etməyiblər. Ermənilərin həmişə şakərə odur ki, altdan-altdan öz ideyalarını, öz bacardıqlarını reallaşdırsınlar".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistanın uğursuz, məğlub siyasəti fonunda biz bir daha göstərdik ki, onlar arqument baxımından nə qədər kasad olurlarsa artıq güc, terror və zorakılığa əl atırlar:

"Əslində Azərbaycan tərəfi yenə də baş verənlərin fonunda başı uca oldu, digər tərəfdən biz göstərdik ki, Ermənistan həqiqətən təcavüzkar dövlətdir. Bütün bunlar hamısı reallıqda var, baş verir və erməni lobbisi də faktiki olaraq terrorçu dövlətə dəstək verir.

Bunun başqa adı yoxdur.

Təbii ki, biz bütün bu proseslərin hamısını nəzarətdə saxlayırıq. Bizim özümüzün də bu problemlərin hamısına münasibətimiz var, kifayət qədər məlumatlıyıq, kifayət qədər dünya çapında təbliğat işi aparırıq. Bizim təbliğatımızın əsas məqamı ondan ibarətdir ki, biz düzlüyü tərənnüm edirik, biz yalanı, iftiranı, saxtakarlığı təbliğ etmirik. O baxımdan Ermənistanın uğursuz, məğlub siyasəti fonunda bir daha biz göstərdik ki, onlar arqument baxımından nə qədər kasad olurlarsa artıq güc, terror və zorakılığa əl atırlar. Ola bilsin ki, biz Los Ancelesdə biz bir qədər onların çoxluğu fonunda gerilədik, faktiki olaraq onlar meydanda kişi kimi mübarizə aparmadılar. Ermənilər yenə də dava-dalaşa, zorakılığa əl atdılar.

Bunları onların qələbəsi kimi qiymətləndirmək qəti düzgün olmaz. Ona görə, elə başa düşürəm ki, bu həm də erməni diplomatiyasının geriləməsinin məntiqi nəticəsidir. Söyüş, təhqir, güc tətbiq etmək həmişə daha çox zəifliyin əlaməti olur, zəiflikdən irəli gələn gedişlərə çevrilir. O baxımdan biz daha da məhz bu süjet xəttinin reallaşmasını müşahidə edirik. Odur ki, burada heç bir faciə yoxdur. Əsas məsələ ondan ibarətdir ki, biz döyüş meydanında Ermənistandan üstün idik. Onların itkiləri 10-12 dəfə bizimkilərdən artıq idi. Azərbaycan dünya çaöında da çox möhkəm, əzəmətli bir dəstəyə malik oldu. Bu dəstəyi biz hətta gözləmədiyimiz tərəflərdən də aldıq. Bu yalnız ondan xəbər verir ki, bizim diplomatiyamız uğurlu diplomatiyadır, kəsərli diplomatiyadır və biz haqq işimizdə, ədalətli işimizdə artıq geriləmirik, əksinə hücum edirik və bu hücumun da çalarlarını, nəticələrini açıq-aşkar biz də görürük, dünya birliyi də görür".

Politoloq qeyd edib ki, biz haqq işimizdə artıq dönüşü yaratdıq, o dönüş nöqtəsi artıq baş verib və biz ona görə hücumumuzu davam etdiririk:

"Biz əlahiddə, ictimai qüvvələr səviyyəsində başqa ölkələrdə baş verən münaqişələrə, ixtişaşlara sisyasi miqyas verməyimiz düzgün olmur. Əslində bəli, insanların emosiyaları var, həyəcan keçiririk, baş verənlərə haqqımız uğrunda bir narahatçılıq yaşayırıq və çalışırıq bütün ölkələrə, təşkilatlara bildirək ki, biz erməni təcavüzünün qurbanlarıyıq. Görürsünüz, ABŞ-da Nümayəndələr Palatasında da artıq ermənilər gerilədilər. Ermənistanın mövqeləri get-gedə zəifləyir. Amerikadakı erməni lobissi artıq təşviş içindədir. Bu ondan xəbər verir ki, biz haqq işimizdə artıq dönüşü yaratdıq. O dönüş nöqtəsi artıq baş verib və biz ona görə hücumumuzu davam etdiririk.

Amma o ki, qaldı bizi  azərbaycanlıların Rusiyada, digər ölkələrdə belə erməni vandalizminə cavab verməsi mən deyərdim ki, belə savaşlara, vuruşlara, mövqe döyüşlərinə baş qoşmaq düzgün deyil. Çünki onların elə bir nəticəsi yoxdur. Rusiada ermənilər niyə qıcıq yaşayırlar?! Çünki Rusiyada azərbaycanlılar daha çoxdur, Los Ancelesdə ermənilər çoxdur. Onlar öz limitlərindən, say üstünlüklərindən sui-istifadə istifadə edirlər. Bu, olan şeydi. Biz gərək belə məsələlərdə bir qədər ehtiyyatlı tərpənək, onların təxribatlarına uymayaq və mən elə bilirəm ki, Los Ancelesdə məhz bu baş verir. Çoxluq təşkil edirlər? - Bəli, onlar hiss edirlər ki, meydan sahibidirlər. Amma o ki, qaldı Rusiyaya, əksinə. Rusiyada görürsünüz ki, erməni mallarına qarşı sanksiyalar tətbiq edilir və ilk dəfədir ki, ermənilərin təcavüzkar siyasəti bax belə bir sanksiya müqaviməti ilə rastlaşır. Biz gördük ki, hətta Moskvanın yerli orqanlarının rəhbərləri bu məsələlərə çox düzgünlüklə yanaşdılar. Ona görə, mən hesab edirəm ki, o küçə döyüşlərinə qarşılıq vermək olmaz. Aksiyaları sivil qaydada keçirtmək və onlardan siyasi maraqlarımız üçün istifadə etmək son dərəcədə bizim üçün vacibdir. Çünki belə olduğu halda biz xalq diplomatiyasında da fərqimizi görürk və görürük ki, ermənilər bu istiqamətdə də geriləməyə başlayır".

Təhməz Təkin

Milli.Az


Etiketlər:  Ermənistanın mövqeləri gedə zəifləyir haqq işimizdə artıq dönüşü yaratdıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ