Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 13:48
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir.
Trend-in məlumatına görə, «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, iyul 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.
İyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.