Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində dünyanın ən uzun “3D” körpüsü qurulub

Çində dünyanın ən uzun “3D” körpüsü qurulub

Tarix: 28 Iyul 2020 09:00

Çinin şimalında yerləşən Hebey Politexnik Universiteti ən uzun üçölçülü körpünün yaradılması üzrə yeni dünya rekorduna imza atıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki,  "3D" texnologiyası vasitəsilə inşa edilən 28,1 metrlik konstruksiya iyulun 21-də "Ginnesin Rekordlar Kitabı" tərəfindən sertifikatlaşdırılıb. Rekordçunun prototipi qismində 1400 ildən çox tarixə malik Hebey əyalətindəki Çjaoçjoutsyao tağşəkilli daş körpüsü çıxış edib.

Körpü strukturunun 1:2 miqyaslı "3D" çap prosesi Hebey Politexnik Universitetinin professoru Ma Qoveyin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.

Antszitsyao kimi də tanınan Çjaoçjoutsyao körpüsü Hebey əyalətinin Çjaosyan qəzasında Syaohe çayı üzərində qurulub. O, Sui sülaləsi dövründə tikilib (581-618-ci il).


Etiketlər:  Çində dünyanın uzun körpüsü qurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ