Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 11:38
Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə yayılna məlumatlara aydınlıq gətirilib.
Sonxeber.net xəbər verir ki, icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır və icra hakimiyyətində heç bir əməliyyat keçirilməyib:
"Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Zərdab Rayon İcra Hakimiyyətində guya əməliyyat keçirilməsi barədə həqiqətə uyğun olmayan yazılar dərc olunub. Zərdab Rayon İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, Zərdab Rayon İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib. Dərc olunmuş həmin materialların heç bir hüquqi əsası yoxdur".