Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 08:36
Bakı. Trend:
ABŞ-ın İndiana ştatında avqustun 26-da son 17 ildə dördüncü edam keçiriləcək.
Trend-in məlumatına görə, ABŞ-ın baş prokuroru Vilyam Barın qərarı barədə ölkənin ədliyyə nazirliyinin saytında xəbər verilir.
"Baş prokuror Vilyam Bar bu gün Federal Həbsxanalar Bürosuna ölüm cəzasına məhkum edilmiş və 17 il əvvəl nənə ilə doqquz yaşlı nəvəsini vəhşicəsinə öldürdüyünə görə mühakimə olunan Lezmond Mitçelin edamının tarixinin dəyişdirilməsi barədə göstəriş verib. Əvvəlki ilin dekabr ayına təyin olunan edam 2020-ci il avqustun 26-na İndiana ştatı Ter-Xot şəhərindəki həbsxanada keçiriləcək", - qurumun saytında deyilir.
Bildirilir ki, edam məhkum olunan cinayətkar dəfələrlə apelyasiya müraciətləri edib və işinə yenidən baxılmasını istəyib, lakin hamısına rədd cavabı alıb.
Xatırladaq ki, iyulun 14-dən 17-dək, Ter-Xotdakı həbsxanada üç ölüm hökmü icra edilib.