Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei-dən uşaqlar üçün ağıllı saat - Valideyn nəzarətini təmin edəcək

Huawei-dən uşaqlar üçün ağıllı saat -  Valideyn nəzarətini təmin edəcək

Tarix: 30 Iyul 2020 08:56

Huawei uşaqlar üçün nəzərdə tutulan ikikameralı ağıllı saat üzərində işləyir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Huawei Childrens Watch 4X adlı bu saat uşaqlar üçün nəzərdə tutulsa da, funksiyalarına görə, daha çox valideynlərin övladları üzərində nəzarətini, onu izləməsini təmin edəcək.

Bu gün ağıllı saatların heç birində kamera olmadığı halda yeni modelin ikikameralı olması diqqət çəkir. Bu kameralardan biri videokonfrans funksiyasına xidmət edəcək. Digəri isə 90 dərəcə altında çəkiliş vasitəsilə valideynin azyaşlının olduğu əraziyə nəzarətinə şərait yaradacaq.

Saat 4G texnologiyasına əsaslanır. Suya qarşı davamlı olan yeni model addım sayı və digər idman fəaliyyətlərini də təqib edə bilir.

Milli.Az


Etiketlər:  Huawei dən uşaqlar üçün ağıllı saat Valideyn nəzarətini təmin edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ