Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 11:48
Bakı. Asif Mehman - Trend:
Azərbaycanda koronavirusa yoluxanların 56.5 faizi Bakının payına düşür.
Trend-in məlumatına görə, Bakı üzrə ən az yoluxma Pirallahı rayonundadır, cəmi 0,3 faiz.
Paytaxt üzrə yoluxanların 11,9 faizi Sabunçu, 11,8 faizi Yasamal, 14 faizi isə Binəqədi rayonunun payına düşür. Yoluxma hallarının 12,3 faizi Xətai, 9,3 faizi Nəsimi, 8,2 faizi Nərimanov, 8,2 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,4 faizi Nizami, 7,3 faizi Qaradağ, 4,7 faizi Xəzər, 4,4 faizi Səbail rayonlarındadır.
Xatırladaq ki, iyulun 30-na qədər Azərbaycanda ümumi 31 221 nəfər koronavirusa yoluxub. Onlardan 24 495 nəfər sağalıb, 438 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 6 288 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 708 min 632 nəfər üzərində koronavirus testi keçirilib.