Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple hakerlər üçün pulsuz iPhone yaratdı

Apple hakerlər üçün pulsuz iPhone yaratdı

Tarix: 30 Iyul 2020 21:56

Apple proqram zəifliklərini yoxlamaq üçün iPhone SRD smartfonlarının xüsusi partiyasını yaradıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Apple-ın mətbuat xidməti məlumat yayıb.

Apple Security Bounty layihəsi çərçivəsində iştirakçılara iPhone SRD smartfonları (təhlükəsizlik araşdırması cihazı) pulsuz olaraq paylanacaq. Bundan əlavə, proqramda boşluq tapanlar üçün şirkət 1 milyon dollara qədər ödəniş edəcək.

iPhone modeli adi versiyalardan onunla fərqlənir ki, sistem fayllarına sadələşdirilmiş giriş imkanı var.

Qeyd edək ki, proqramda iştirak etmək üçün müraciət etmək lazımdır. Şirkətin köhnə işçilərinə iştirak etməyə icazə verilir. Apple bildirib ki, bu qurğular şəxsi istifadə üçün nəzərdə tutulmur.


Etiketlər:  Apple hakerlər üçün pulsuz iPhone yaratdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ