Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 22:16
Tədqiqatçılar COVID-19-a yoluxan xəstələrin otopsiyası zamanı orta qulaqda və mastoiddə bu xəstəliyi törədən SARS-CoV-2 virusunu aşkar ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Johns Hopkins Ambulator Mərkəzinin həkimi C.Metyu Stüart və həmkarları COVID-19 səbəbilə ölən 3 pasiyentin - 80 yaşlı qadın və kişi, eləcə də 60 yaşlı bir kişinin otopsiyasını tədqiq edib. Üç nəfərdən ikisinin mastoid və orta qulaq nahiyəsində SARS-CoV-2 virusu müsbət nəticə verib.
Tədqiqatçıların fikrincə, COVID-19 xəstələrinə qulaq əməliyyatı zamanı burun, ağız və hava yollarına tətbiq olunan damla prosedurları xəstəliyin tibb işçilərinə yoluxma riskini artırır. Bu səbəbdən damla prosedurları xəstələrdə ambulator şəraitdə tətbiq olunmalıdır.