Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kolumbiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Kolumbiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Tarix: 31 Iyul 2020 07:16

Bakı. Trend:

Kolumbiyada yüngülmühərrikli "Cessna 142" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub, daha iki sərnişin isə xəsarət alıb.

Bildirilir ki, təyyarə Pakoa və Letisiya şəhərləri arasında uçuş edirmiş.

Qeyd edilir ki, yüngülmühərrikli təyyarə Tarapaka bələdiyyəsi yaxınlığında Putumayo çayında qəza enişi etməyə çalışarkən qəzaya uğrayıb.


Etiketlər:  Kolumbiyada təyyarə qəzaya uğrayıb ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ