Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 08:48
Twitter-in təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları bildiriblər ki, Twitter işçilərinin bəziləri məşhur şəxslər barədə casusluq etmək üçün platformanın daxili alətlərindən istifadə ediblər. Bu barədə Bloomberg saytı xəbər verib. Twitter-in təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları qeyd ediblər ki, 2017-2018-ci illərdə şirkətin müqavilə ilə çalışan bəzi əməkdaşları bir sistem fikirləşmişdilər.
Belə ki, onlar dəstək xidməti üçün saxta sorğular hazırlamaqla istifadəçi hesablarını və həmin hesablardakı təhlükəsizlik ayarlarını ələ keçirirdilər. Bu üsul ilə Twitter işçiləri milyonlarla abunəçisi olan məşhur şəxslərin istifadəçi hesablarını əldə edə bilirdilər. Onlar həmin şəxslərin özəl məlumatlarına və hətta onların yerləşdikləri yerlər barəsində məlumatlara da sahib idilər.
Bloomberg-in mənbələri qeyd ediblər ki, belə məlumatları yığmış Twitter əməkdaşları hətta siyasətçilərin və brendlərin də məlumatlarını əldə ediblər. Bununla yanaşı bu sistem o dərəcədə irimiqyaslı idi ki, Twitter-in təhlükəsizlik xidməti platformadan sui-istifadə hallarını təyin etməyi çatdırmırdı. Şirkətin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları bildiriblər ki, Twitter-in direktorlar şurası 2015-2019-cu illər ərzində olmuş bu cür hallar barəsində məlumatlandırılmışdı.