Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yupiterə yeni missiya göndəriləcək

Yupiterə yeni missiya göndəriləcək

Tarix: 21 Iyun 2019 15:56

“Arianespace” şirkəti və Avropa Kosmik Agentliyi (ESA) Yupiterin və onun iri peyklərinin tədqiqi üçün yeni missiya göndərəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, qaz qatlarının çox olduğu Yupiterdə təxminən 3 il keçirəcək “JUICE” (Jupiter Icy Moons Explorer) aparatı planetin üç iri və potensial okean peykinin – Qanimed, Avropa və Kallistonun ətraflı tədqiqini həyata keçirəcək. 2022-ci ilin ortalarında buraxılacaq “JUICE” aparatının uçuş zamanı çəkisi təqribən 6 ton təşkil edəcək. O, Yupiter istiqamətində yerətrafı orbitə çıxarılaraq 600 milyon km qət edəcək. Yer, Venera və Marsdan qravitasiya köməyinin daxil olacağı 7,5 illik səyahətdən sonra kosmik gəmi 2029-cu ilin oktyabrında Yupiter ətrafında orbitə buraxılacaq. Sonra missiya planetdə bir neçə dövrə uçuş vuracaq və Günəş sisteminin ən böyük peyki olan Qanimed ətrafında orbitə çıxacaq.

 

Missiya rəhbərlərinin sözlərinə görə, “JUICE” Yupiterə indiyədək Günəş sisteminin kənarına göndərilməyən ən güclü tədqiqat yükünü çatdıracaq. O, 10 cihaz və yerüstü radioteleskoplara malik kosmik telekommunikasiya sisteminin istifadə edildiyi 1 elmi eksperimentdən ibarət olacaq. “JUICE” aparatının alətləri alimlərə Yupiterin hər buz peykini müqayisə etməyə və buzaltı okeanların mövcudluğunun potensialını öyrənməyə imkan verəcək. Aparat həmçinin Yupiteri, onun atmosfer və maqnitosferini, digər peyk və halqaları müşahidə edəcək.

 

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

 

Nizam Nuriyev




Etiketlər:  Yupiterə yeni missiya göndəriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ