Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu təzyiq ən təhlükəlidir

Bu təzyiq ən təhlükəlidir

Tarix: 2 Avqust 2020 16:30

Amerikanın Mərkəzi Ürək İnstitutunun alimləri insanın həyatı üçün ən təhlükəli təzyiqi təyin ediblər.

Sonxeber.net bildirir ki, alimlərin fikrinə görə, təzyiqin qalxıb-düşməsi (ona "oynayan təzyiq" də deyilir) stabil yüksək təzyiqdən daha təhlükəlidir.

Alimlərin müşahidələrinə görə, arterial təzyiqi tez-tez və uzun müddət ərzində 30-40 mm c.st. düşüb-qalxan insanlar yüksək, lakin stabil təzyiqi olan insanlardan daha erkən ölürlər.

Bunları nəzərə alaraq həkimlər arterial təzyiqinə daim nəzarət etməyi və onun normaya uyğun və stabil qalması üçün çalışmağı tövsiyə edirlər.

Əgər insan özündə təzyiqin tez-tez qalxıb-düşməsini müşahidə edirsə, vaxt itirmədən həkimə müraciət etməlidir. (publika.az)


Etiketlər:  təzyiq təhlükəlidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ