Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 18:00
"Barselona"nın prezidenti Jozep Bartomeu PSJ-nin futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, mövcud vəziyyətdə braziliyalı hücumçunun transferinin mümkünsüz olduğunu deyib:
"PSJ də onu satmaq istəmir. Çünki o, dünyanın ən yaxşı futbolçularından biridir. Ötən yay Neymarla müqavilə imzalamaq üçün çox çalışdıq, amma bu yay belə cəhd etməyəcəyik. Çünki mövcud maliyyə vəziyyətlərinə uyğun hərəkət etməliyik".