Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 21:56
"Kalyari"nin yeni baş məşqçisi müəyyənləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Eusebio Di Françesko təyin edilib. Onunla 2022-ci il iyunun 30-na kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Roma"nın sabiq baş məşqçisi Françeskonun son klubu "Sampdoriya" olub.
Xatırladaq ki, "Kalyari" İtaliya A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.