Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kasilyas karyerasını başa vurdu

Kasilyas karyerasını başa vurdu

Tarix: 4 Avqust 2020 16:00

"Real"ın və "Portu"nun sabiq qapıçısı İker Kasilyas karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper özünün "Tvitter" hesabında yazıb.

Qeyd edək ki, Kasilyas 2019-cu ilin mayında "Portu"nun məşqində infarkt keçirmişdi. Bundan sonra o, matçlarda iştirak etməyib.

Xatırladaq ki, "Real"ın yetirməsi olan Kasilyas Madrid təmsilçisində 510 oyuna çıxıb və 2015-ci ildə klubdan ayrılıb. O, İspaniya millisi ilə 2010-ci ildə dünya 2008,2012-ci illərdə Avropa çempionu olub. Kasilyas 2015-ci ildən  "Portu"da oynayırdı.

Əlavə edək ki, Kasilyasın "Real"ın prezidenti Florentino Peresin müşaviri olacağı gözlənilir.

 


Etiketlər:  Kasilyas karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ