Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 18:16
Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib.
Sonxeber.net oxu.az-a istinadən əbər verir ki, yağan yağışlar bir sıra fəsadlar törədib.
İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev sayta açıqlamasında bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib:
"Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən yol isə gecə saatlarında ucquna görə bağlanıb. Bu gün yol təmizlənib".
"Sel nəticəsində tikililərə ziyan dəyməyib", - deyə o qeyd edib.