Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün pandemiya ilə əlaqədar yarımçıq dayandırılmış avrokubok matçları bərpa olunur

Bu gün pandemiya ilə əlaqədar yarımçıq dayandırılmış avrokubok matçları bərpa olunur

Tarix: 5 Avqust 2020 10:36

Bakı. Trend:

Bu gün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmış futbol üzrə UEFA Avropa Liqası bərpa olunur.

Trend-in məlumatına görə, avqustun 5-6-da turnirin 1/8 final mərhələsinin oyunları baş tutacaq.

Yarışıın ilk günündə "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə), "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya), "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) matçları keçiriləcək.

Avqustun 6-də isə "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya), "Sevilya" (İspaniya) - "Roma" (İtaliya), "Bazel" (İsveçrə) - "Ayntraxt" (Almaniya) və "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) keçiriləcək.

Qeyd edək ki, avqustun 7-8-də isə Çempionlar Liqasının matçları bərpa olunacaq.


Etiketlər:  Bu gün pandemiya ilə əlaqədar yarımçıq dayandırılmış avrokubok matçları bərpa olunur


RƏYLƏR