Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq

Komitə sədri: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq

Tarix: 5 Avqust 2020 11:32

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, istər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib:

"Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi".


Etiketlər:  Komitə sədri ayın təhlilləri göstərir kifayət qədər ehtiyatlı olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ