Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Keşlə"yə yenə qalib gəldi - Bu dəfə 4 qolla

Tarix: 5 Avqust 2020 20:50

Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" və "Keşlə" növbəti dəfə üz-üzə gəliblər.

Qol.az xəbər verir ki, komandalar bu gün qüvvələrini yenidən sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı. Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hesabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib. 

 
5 avqust 

Yoxlama matçı

19:00. "Qarabağ" - "Keşlə" - 4:0
Qollar: 
Abdullah Zubir, 30, Kevin Medina, 70, Mahir Emreli, 76,  Ovusu Kvabena, 89

 


Etiketlər:  Qarabağ Keşləyə yenə qalib gəldi Bu dəfə 4 qolla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ