Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD xəstəxanalarında doluluq səviyyəsi neçə faizdir? - TƏBİB-in sədri danışdı

COVİD xəstəxanalarında doluluq səviyyəsi neçə faizdir? - TƏBİB-in sədri danışdı

Tarix: 5 Avqust 2020 15:52

"10 modil tipli xəstəxananın hamısının istifadəyə verilməsinə baxmayaraq, onun ancaq 5-i istifadə edilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, yun-iyul aylarında bəzi günlərdə Bakıdakı COVİD xəstəxanalarında doluluq səviyyəsi 80-85 faizə çatdı, amma regionlarda doluluq səviyyəsi 30 faiz olub. Əlavə çarpayıların ayrılması hesabına biz ehtiyatlarımızın hamısını istifadə etməmişik".

TƏBİB sədri əlavə edib ki, Abşeron və Hövsan Olimpiya İdman Komplekslərinin nəzdində koronavirus xəstələrinin müalicəsi üçün müvəqqəti olaraq, tibb müəssisələri yaradılıb. Bu tibb müəssisələri əvvəlcədən hazırlanmış layihə çərçivəsində yaradılıb.

Qeyd edək ki, bu gün həmin tibb müəssisələrinin açılışı keçirilib.

Milli.Az


Etiketlər:  COVİD xəstəxanalarında doluluq səviyyəsi neçə faizdir TƏBİB sədri danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ