Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 07:44
Yeni "Apple" smartfonları satışa hissə-hissə çıxarılacaq. Bu barədə "MacRumors" nəşrinin "DigiTimes" qəzetinin hesabatına istinadən məlumatında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, əvvəlcə satışa smartfonun 6,1 düymlük ekrana malik iki versiyasının, daha sonra 5,4 və 6,7 düymlük qurğuların çıxarılması nəzərdə tutulur. Bunu qurğular üçün "SLP" komponentlər istehsalçısının tədarük müddətində görmək olar. Məlumata görə, 6,1 düymlük "iPhone" modelləri üçün komponentlərin tədarükünə artıq başlanılıb, qalan qurğular üçün detalların buraxılışına avqustun sonunda başlamaq planlaşdırılır.
Mənbənin qiymətləndirməsinə görə, bu il "iPhone" üçün komponent hissələr nisbətən gec tədarük ediləcək - yubanma 2-4 həftə təşkil edəcək. Bu, öz növbəsində smartfonların satışa çıxarılma müddətinə təsir göstərəcək.
Payızda "Apple" şirkəti tərəfindən "OLED" ekranlı və "5G" dəstəkli dörd qurğunun təqdim ediləcəyi gözlənilir.
İyulun sonunda "Apple" yeni "iPhone" modellərinin buraxılışının yubanacağını təsdiqləyib. Şirkət yubanmanın səbəbini açıqlamayaraq "iPhone 12" seriyalı smartfonların oktyabrda satışa çıxarılacağını bəyan edib.