Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 19:28
Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, İstanbul klubu Mert Hakan Yandaşı heyətinə qatıb.
"Qalatasaray"ın da maraq dairəsində olan 26 yaşlı futbolçu "sarı-lacivərdlilər"lə 4 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər "Fənərbaxça"da çıxış edəcək.
Qeyd edək ki, yarımmüdafiəçinin son klubu 2017-20-ci illərdə şərəfini qoruduğu "Sivasspor" olub.