Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliya millisi Perunun məşqini izləmək üçün drondan istifadə edib?

Braziliya millisi Perunun məşqini izləmək üçün drondan istifadə edib?

Tarix: 22 Iyun 2019 15:36

Braziliya millisinin Amerika kubokundakı rəqibi Perunun məşqi zamanı  hava çəkilişləri üçün istifadə edilən drondan (pilotsuz uçan aparat) istifadə etdiyi iddia olunub.

Qol.az-ın məlumatına görə, Perunun "Libero" nəşri yazıb ki, ölkələrinin futbol komandasının məşqini izləmək üçün Braziliya bu addımı atıb.

Ancaq Braziliya millisinin baş məşqçisi Tite bu iddiaları təkzib edib: : "Belə bir şey o olmayıb. Qələbə qazanmaq üçün bu metodda istifadə etməkdənsə, papağımı götürüb, evə gedərəm".

Qeyd edək ki, Braziliya və Peru hazırda A qrupunda 4 xalla 1-2-ci pillələri bölüşdürür. Bu komandalar arasında matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


Etiketlər:  Braziliya millisi Perunun məşqini izləmək üçün drondan istifadə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ