Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 23:52
Smartfon əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Global Stats analitik şirkətinin məlumatına əsasən, Azərbaycanda istifadəçilər arasında ən populyar Android əməliyyat sistemidir.
Android əməliyyat sisteminin ötən ay ölkə üzrə bazar payı 85.76% olub. iOS əməliyyat sistemi isə böyük fərqlə bazar ikincisi olub, onun bazar payı 13.74% təşkil edib.
Samsung, Series 40, Nokia və Windows əməliyyat sistemləri isə 0,3-0,6% bazar payına sahibdir.
Dünya üzrə göstəricilər fərqlidir Android - 74.6%, iOS - 24.82%, Samsung - 0.21%, KaiOS - 0.1%, Windows - 0.04%.