Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 12:28
Bakı. Trend:
Türkiyənin 32 vilayətində 37-si kənd olmaqla ümumilikdə 83 yaşayış ərazisi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Bu karantin tədbirləri ölkə əhalisinin 54 min 53 nəfərini əhatə edir.
Qeyd edək ki, ölkədə xəstəliyin ilk görüldüyü gündən indiyədək 68 vilayətin 788 yaşayış ərazisi karantinə alınıb. Bu ərazilərdə 623 min 766 nəfər yaşayır.