Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 13:52
Erməni döyüşçü Edmen Şahbazyan və komandası UFC tərəfindən cəzalandırılıb.
Qol.az xəbər verir ki, ABŞ-ı təmsil edən 22 yaşlı idmançı son turnirdə qondarma "Dağlıq Qarabağ Respublikasının" qeyri-qanuni bayrağıyla döyüşə çıxdığına görə cərimə olunub.
"Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.
Həmçinin bu qanuna zidd hərəkətə icazə verdiyi üçün UFC 20 illik təcrübəyə sahib əməkdaşının işinə də xitam verib