Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

Tarix: 7 Avqust 2020 17:15

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazırıq” onlayn tədbiri baş tutub.

Gənclər Fondundan trend-ə bildirilib ki, rəsmilərin, Qarabağ qaziləri və media nümayəndələrinin iştirakı ilə baş tutan onlayn görüşdə müzakirələr zamanı vurğulanıb ki, 12 iyunda başlayan Tovuz döyüşləri Azərbaycan Ordusunun gözlənilməz düşmən təxribatının qarşısını alacaq qədər qüdrətli olduğunu göstərdi.

Natiqlər çıxışlarında qeyd ediblər ki, baş verən döyüşlərin ön cəbhəsində Azərbaycanın igid oğulları vətən torpağının azadlığı uğrunda canlarından keçərkən, arxa cəbhədə də vətəndaşlarımız, xüsusilə gənclər ordumuza və əsgərlərimizə dəstəyini nümayiş etdirərək, hər an ön cəbhədə vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər. Cənab Prezidentin çağırışına uyğun olaraq, ən qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

Görüşdə iştirak edən Qarabağ qaziləri və hərbi jurnalistlər bu şəraitdə Azərbaycan gəncliyinin öz gücünü necə göstərməsindən, ordumuza necə dəstək ola biləcəyindən danışıb və öz tövsiyyələrini veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi facebook səhifəsindən canlı yayımlanan onlayn görüşə minlərlə gənc qoşulub.


Etiketlər:  Vətənin müdafiəsinə hazırıq adlı onlayn görüş keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ