Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov

Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov

Tarix: 8 Avqust 2020 12:12

"Bloklanmış kartlardakı vəsaitdən 1 manat da istifadə olunmayıb".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib: "Biz qərara aldıq ki, ən az təminatlı insanlara yardım edək, bunun üçün də proses başladı. 600 min şəxsə ödənişin verilməsi üçün qərar qəbul edildi".

Onun sözlərinə görə, 190 manata görə bloklanmış kartlardan bir manat belə götürülməyib. Bu o deməkdir ki, həmin vətəndaşın buna ehtiyacı yoxdur. Bu vəsait digər ehtiyacı olanlara istifadə edilməlidir. Bir ay ərzində əgər 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur".


Etiketlər:  ərzində manatın manatı belə istifadə olunmursa deməli şəxsin buna ehtiyacı yoxdur Şahmar Mövsümov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ