Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 16:48
“Keşlə”nin baş məşqçi əvəzi Zaur İsmayılov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçisi Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Bununla əlaqədar Z.İsmayılov “Keşlə”nin mətbuat xidmətinə deyib:
“Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçuları var”.
Qeyd edək ki, “Keşlə” – “Laçi” matçı avqustun 27-də keçiriləcək.