Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 22:24
CIA ABŞ-da qadağan edilməsi rəsmiləşən TikTok ilə bağlı hesabat yayımlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hesabata əsasən, Çin hökumətinin tətbiq vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını əldə etməsinə dair hansısa ipucu tapılmayıb.
New York Times-ın xəbərinə görə, Çin firması ByteDance-a aid olduğu için Çin hökumətinin TikTok vasitsilə məlumat əldə etməsinin mümkünlüyü vurğulansa da, bu, iddiadan o tərəfə keçməyib.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp TikTok-u ABŞ vətəndaşlarının məlumatları sızdırmaqda yox, Çinin hökumət rəsmilərinin yerlərini izləyə biləcəyi, şantaj üçün şəxsi fayllara giriş edərək casusluq edə biləcəyi məsələsində günahkar hesab edir.
Məsələ ilə bağlı açıqlama verən senator Mark Warner TikTok-un təhlükəsizlik üçün böyük problem yaratsa da, bu problemin Huawei-in yaratdığı qədər ciddi olmadığını bildirib.
Qeyd edək ki, Tramp TikTok və WeChat-i ABŞ şirkətlərinə satılmadığı halda 45 gün ərzində ölkə ərazisində qadağan etməyi rəsmiləşdirib.