Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişli sakini həmkəndlisini bıçaqlayaraq öldürüb

İmişli sakini həmkəndlisini bıçaqlayaraq öldürüb

Tarix: 11 Avqust 2020 23:36

İmişlidə qətl hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Göbəktala kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Nağı oğlu Hüseynov mübahisə zəminində yaxın qohumlar olan - 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu bıçaqlayıb.

Sonucu hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. P.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  İmişli sakini həmkəndlisini bıçaqlayaraq öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ