Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 00:40
"Sauthempton"un hücumçusu Şeyn Lonq İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, irlandiyalı futbolçu "Uotford"la 31-ci turdan təxirə salınmış oyunun 8-ci dəqiqəsində fərqlənməklə çempionat tarixində vurulmuş ən erkən qol müəlifi kimi tarixə düşüb.
Qeyd edək ki, Lonqa qədər isə rekord "Tottenhem"im sabiq müdafiəçisi Ledli Kinqə məxsus idi. O, 2000-2001 mövsümündə "Bredford"la görüşün 10-cu saniyəsində rəqib qapısına yol tapmışdı.