Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 15:48
Bakı. Trend:
Şotlandiyanın şimal-şərqindəki Stonheyven şəhəri yaxnılığında sərnişin qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, qəzaya səbəb gecə boyunca yağmış leysan yağış olub.
Qatar relsdən çıxdıqdan sonra yanmağa başlayıb. Xəsarət alanların olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları, xilasedicilər, eləcə helikopter cəlb edilib.