Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” - “Sileks” matçının hakimləri açıqlandı

“Qarabağ” - “Sileks” matçının hakimləri açıqlandı

Tarix: 13 Avqust 2020 10:24

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" oyununun hakimləri bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək. Oyunun hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağ Sileks matçının hakimləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ