Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanıb

YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanıb

Tarix: 14 Avqust 2020 20:51

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.

Trend-in məlumatına görə, 3 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi, “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”, – deyərək alimlərimizə çağırış etdi.

Bu çağırışa cavab olaraq Yeni Azərbaycan Partiyasının layihəsi kimi “Elm və təhsil” nəşriyyatında tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunmuşdur. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilmişdir. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu (1988-ci il) deportasiyasına qədərki ərazi inzibati bölgüsü – rayonları üzrə qruplaşdırılmış, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilmişdir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanmışdır. Kitabın ingilis və rus dillərində elektron versiyasının hazırlanması dünya ictimaiyyətinin tarixi həqiqətlərlə bağlı məlumatlandırılması və erməni yalanlarının ifşa edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.


Etiketlər:  YAP tərəfindən Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz kitabının ingilis rus dillərində elektron versiyası hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ