Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Motorola RAZR 2-nin təqdimat tarixi elan edilib

Motorola RAZR 2-nin təqdimat tarixi elan edilib

Tarix: 15 Avqust 2020 20:16

Öz ilk qatlana bilən smartfon modelini Motorola brendi keçən ilin dekabr ayında təqdim etmişdi. İndi isə şirkət Motorola RAZR 2-nin təqdimat tarixini elan edib. Qatlana bilən smartfon modelinin təqdimat tarixi barəsindəki tizer videosu Motorola brendinin saytında ortaya çıxıb. Beləliklə istifadəçilər smartfonu ilin sonuna kimi gözləməli olmayacaqlar. Bu barədə Androidauthority saytı xəbər verib.

Təqdim edilmiş qısa animasiyalı tizerə əsasən Motorola RAZR 2 smartfonu 9 sentyabr tarixində təqdim olunacaq. Smartfonun texniki özəllikləri barəsində rəsmi məlumat olmasa da son məlumat sıızntılarına əsasən Motorola RAZR 2 modeli Snapdragon 765G prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi və 18 vatt gücündə sürətli şarj texnologiyalı 2845 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


Etiketlər:  Motorola RAZR təqdimat tarixi elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ