Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 19:12
Bakı. Trend:
NATO Şərqi Avropada hərbi qüvvə toplamır, lakin Belarusdakı vəziyyəti diqqətlə izləyir.
Trend-in məlumatına görə, bu barədə Brüseldə yayılan Şimali Atlantika alyansının bəyanatında deyilir.
NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku alyansın reqiondakı rolunu müdafiə, proporsional və münaqişələrin həlli üçün nəzərdə tutulduğunu qeyd edərək deyib: "Şimali Atlantika ittifaqının şərq hissəsində NATO-nun çoxmillətli mövcüdluğu heç bir ölkəyə təhlükə yaratmır".
Onun sözlərinə görə, NATO Belarusiyadakı vəziyyəti yaxından izləyir. O.Lunqesku alyansın baş katibi Yens Stoltenberqin Belarus hakimiyyətini "təməl azadlıqlara, o cümlədən söz azadlığına və insanların dinc etiraz nümayiş etdirmək hüquqlarına hörmət etməsinə" çağırışını təkrarlayıb.