Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN: Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi hədsizlikdir

Türkiyə XİN: Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi hədsizlikdir

Tarix: 17 Avqust 2020 14:03

Ermənistanın Sevr sazişi ilə bağlı taxribatçı bəyanatından sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı bəyanatından danışarkən deyib.

Ermənistanın bəyanatına yazılı cavab verən nazirlik sözçüsü bildirib: "Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yeri ilə bağlı yanlışlıq içində olduğunu görürük. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir. Ermənistanın Sevr sazişi ilə bağlı təxribatçı açıqlamasından sonra bu dəfə Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir".


Etiketlər:  Türkiyə XİN Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi hədsizlikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ