Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Olaylar" 24 yaşını qeyd edir

Tarix: 24 Aprel 2019 07:36

Bakı. Trend:

Bu gün Azərbaycan mətbuatında hər zaman öz izi, dəst-xətti olan "Olaylar" qəzetinin və eyniadlı informasiya agentliyinin 24 yaşı tamam olur.

Trend-in məlumatına görə, 1995-ci ilin bu günündə ilk dəfə agentlik və qəzet olaraq oxucuların diqqət mərkəzində idisə, indi artıq "Olaylar" həm də operativ fəaliyyət göstərən internet saytıdır.

"Olaylar" yarandığı gündən indiyədək ölkədə və dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisələri işıqlandıran, baş verən hadisələrə hər zaman obyektiv mövqe göstərən informasiya agentliyidir.

Trend İnformasiya Agentliyi "Olaylar"ın kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!


Etiketlər:  Olaylar 24 yaşını qeyd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ