Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur Kamalın verilişləri bağlanıb? - AÇIQLAMA

Zaur Kamalın verilişləri bağlanıb? - AÇIQLAMA

Tarix: 17 Avqust 2020 19:30

Xəzər TV-də yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5də5" verilişinin bağlandığı haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Sonxeber.net bildirir ki, azxeber.com məsələni dəqiqləşdirmək üçün aparıcının özü ilə əlaqə saxlayıb.
 
O deyilənləri təkzib edib: "Hazırda məzuniyətdəyəm. Bu xəbərləri kimlər çıxarır bilmirəm. Amma ki, əsassızdır.
 
Zaur Kamal deyib ki, yeni mövsümdə aparıcısı olduğu hər iki veriliş yayıma davam edəcək: "Yeni mövsümdə həm "5də5", həm də "Ay Zaur" verilişi yayımlanmağa davam edəcək. Verilişlərimizin hər birində yeniliklər olacaq. Format dəyişikliyi ola bilər, ancaq verilişlərim bağlanmayıb".
 
Qeyd edək ki, "5də5" və "Ay Zaur" verilişləri uzun illərdir ki, Xəzər Tv-də yayımlanır.


Etiketlər:  Zaur Kamalın verilişləri bağlanıb AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ